GƏNCƏ, 6 avqust. TELEQRAF
Əslən Gəncə şəhərindən olan Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, o Gürcüstana istirahətə gedib və qaldığı hoteldə səhhəti qəfil pisləşərək komaya düşüb.
Həkimlərin müdaxiləsinə baxmayaraq A. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. A. Məmmədovun nəşinin ölkəmizə gətirilməsi üçün hazırlıq görülür.
A.Məmmədov Karate üzrə dünya və Avropa çempionudur.