AZ

“Gəncə Regional Qadın Mərkəzi”  İB “Qadın Təşəbbüs Qruplarının yaradılması” layihəsinin icrasına başlayıb

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüs Qruplarının yaradılması” layihəsinin icrasına başlayıb.

QHTa.az xəbər verir ki, layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur bölgəsində “Böyük Qayıdış”dan sonra qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, sosial və mədəni proseslərdə iştirakının artırılmasına dəstək verməkdir. Layihənin əsas fəaliyyətləri Xankəndi, Şuşa, Laçın şəhərlərində həyata keçiriləcəkdir. Layihənin fəaliyyətlərinə başlamamışdan əvvəl hədəf ərazilərdə müxtəlif sahələrdə qadın iştirakçılığının hansı səviyyədə olması ilə bağlı qiymətləndirilmənin aparılması nəzərdə tutulub.

Bundan sonra Xankəndi, Şuşa və Laçında müxtəlif sahələrdə çalışan qadınlarla maarifləndirilmə aparılacaq, sonda isə hər üç şəhərin nümayəndələrinin iştirakı ilə şəbəkələşmə görüşü keçiriləcəkdir.

01 avqust 2025-ci ildən görüşlərin başlanması nəzərdə tutulmuşdur.

 

Seçilən
20
1
qht.az

2Mənbələr