ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
"Əliyev və Paşinyan arasında Ağ Evdə görüş keçiriləcəksə, bu, ABŞ-nin növbəti dəfə prosesdə dominantlığı öz üzərinə götürməsi deməkdir"
Bir sıra media orqanlarında və sosial şəbəkələrdə bu həftə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacağı barədə iddialar yayılıb. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək və sülh sazişi ilə bağlı bəyanat veriləcək. Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edib. Vurğulanıb ki, rəsmi açıqlama olduğu halda məlumat təsdiqlənmiş sayıla bilər. “Middle East Eye” nəşri də yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda sülh sazişi deyil, yalnız “niyyət memorandumu” imzalayacaqlar. Nəşrin iddiasına görə, ABŞ Prezidenti Donald Tramp Paşinyanı, daha sonra Prezident İlham Əliyevi qəbul edəcək. Ondan sonra üçtərəfli bəyanat olacaq. Xatırladaq ki, liderlər arasında sonuncu görüş iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib. Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a açıqlamasında görüşün baş tuta biləcəyini deyib. Azərbaycan tərəfi hər zaman danışıqlara tərəfdar olduğunu bəyan edib. Deputat vurğulayıb ki, əgər həftə sonu Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Ağ Evdə görüş keçiriləcəksə, bu, ABŞ-nin növbəti dəfə prosesdə dominantlığı öz üzərinə götürməsi deməkdir: