AZ

Karate Federasiyasının prezidenti qəfil vəfat etdi

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.

Seçilən
87
33
ucnoqta.az

10Mənbələr