Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma oynanılacaq.

"Fənərbağça" səfərdə "Feyenoord"un qonağı olacaq. "Sarı-lacıvərdlilər" 17 illik həsrəti bitirmək üçün ilk növbədə Rotterdam klubunu mübarizədən kənarlaşdırmalıdır.

Günün daha bir maraqlı matçı Fransada keçiriləcək. "Nitsa" klubu "Benfika"nı qəbul edəcək.

Qeyd edək ki, "Fənərbağça" bu mərhələni keçə bilsə, pley-offda bu cütün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya)

21:00."Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika)

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya)

23:00. "Feyenoord" (Niderland) - "Fənərbağça" (Türkiyə)

23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)