AZ

Lizinq şirkətinə yeni səhmdar cəlb edilib

2025-ci ilin 1-ci yarısında maliyyə lizinqi xidmətləri göstərən "Partner Finance" QSC-nin səhmdarlarının sayı 3-dən 4-ə yüksəlib.

Marja.az xəbər verir ki, ötən ilin sonunda "Partner Fiпапce" QSC-nin 102 min manat nizamnamə kapitalının 49,0196%-i Nuriyev Anar Seyran oğluna, 49,0196%-i Qurbanova Şamama Balaqardaş qızına, 1,9608%-i 1 fiziki şəxsə məxsus idi.

30 İyun 2025-ci il tarixində isə "Partner Fiпапce" QSC-nin 152 min manat nizamnamə kapitalı Nuriyev Anar Seyran oğluna (32,8947%) Qurbanova Şamama Balaqardaş qızına (32,8947%) və İsmayılzadə Nərmin Mikayıl qızına (32,8947%), digər 1 fiziki şəxsə (1,3159%) məxsus olub. 

2025-ci ilin ilk yarısında "Partner Fiпапce" QSC-nin nizamnamə kapitalı 50 min manat artırılıb və İsmayılzadə Nərmin Mikayıl qızı şirkətin səhmdarları sırasına daxil olub.

Seçilən
12
marja.az

1Mənbələr