AZ

Tramp xələfini açıqladı


ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin Respublikaçılar Partiyasından qarşıdan gələn prezident seçkilərində ən çox ehtimal olunan namizəd olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistin mövzu ilə bağlı sualını cavablandırarkən qeyd edib.
Trampın fikrincə, respublikaçıların gələcək namizədi haqqında danışmaq hələ tezdir, lakin ən çox ehtimal olunan nammizəd Vensdir.
“Əlbəttə, bunu söyləmək hələ tezdir. Amma o, şübhəsiz ki, çox bacarıqlıdır və yəqin ki, indiki məqamda favorit olacaq”, - Tramp əlavə edib.
Seçilən
18
yeniavaz.com

1Mənbələr