UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyunlarına bu gün keçiriləcək 6 matçla yekun vurulacaq.
Azərbaycan çempionu “Qarabağ”ın pley-offda potensial rəqibləri olan “Ludoqorets”lə (Bolqarıstan) ilə “Ferentsvaroş” (Macarıstan) bu gün birincilərin meydanında üz-üzə gələcəklər.
Günün daha bir maraqlı görüşü Niderlandda baş tutacaq. Türkiyə nəhəngi “Fənərbağça” “Feyenoord”un qonağı olacaq.
Qeyd edək ki, mərhələnin cavab oyunları avqustun 12-də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" ötən gün Şimali Makedoniyada "Şkendiya"nı 1:0 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
7 avqust
19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya)
21:00."Zalsburq" (Avstriya) - "Brügge" (Belçika)
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)
22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya)
23:00. "Feyenoord" (Niderland) - "Fənərbağça" (Türkiyə)
23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)