AZ

Arif Məmmədovun ölüm səbəbi müəyyənləşdi

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun ölüm səbəbi müəyyənləşib. 

Qaynarinfo-nun əldəetdiyi məlumata görə, Arif Məmmədov hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişib. 

Azərbaycan Karate-do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov iyun ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyun ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib. 

Arif Məmmədovun nəşi sabah Azərbaycana gətiriləcək və doğulub böyüdüyü Gəncə şəhərində dəfn ediləcək. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
8
qaynarinfo.az

9Mənbələr