Erməni diasporunun təsir dairəsində olan daha bir senatorun başı dərddədir. “Fox News” telekanalının məlumatında deyilir ki, erməniyönlü senator Adam Şiff (ABŞ-nin Kaliforniya ştatından olan demokrat) ipoteka fırıldaqlarında şübhəli bilinir. Merilend ştatının Prokurorluğu qanunvericiyə qarşı cinayət işi açıb.
Federal Mənzil Maliyyəsi Agentliyi hesab edir ki, Şiff kredit üçün daha sərfəli şərtlər üçün dəfələrlə saxta bank sənədləri və əmlak məlumatları təqdim edib. O, vəziyyətdən asılı olaraq, əsas yaşayış yerini Merilend və ya Kaliforniyada bir ev kimi göstərib.
Mətləb Salahov