SAMUX, 6 avqust. TELEQRAF
Ağır yanıq xəsarətləri ilə Bakıda xəstəxanada müalicə olunan Samux rayon sakini 42 yaşlı Samirə Əliyeva həyatını itirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, S.Əliyeva iyulun 30-da evdəki yorğan-döşəyi neftlə təmizləyərkən üzərinə bilmədən məhlul tökülüb, daha sonra evdə qaz peçinin yanında olan zaman əynindəki paltar alışaraq yanıq xəsarətləri alıb.
Yaralı əvvəlcə Gəncə, daha sonra Bakı şəhərində xəstəxanaya hospitalizasiya olunub.
Avqustun 5-də dünyasını dəyişib.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.