AZ

Naxçıvanda vergi daxilolmaları 20 faizdən çox artdı

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar – iyul aylarında Naxçıvanda Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 140,6 milyon manata yaxın vergi daxil ödənilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrünə nisbətən 20,3 faiz və ya 23,7 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 21,9 milyon manat və ya 29,8 faiz artıb. Ödənilən vergilərin 67,8 faizi qeyri-dövlət sektorunun, 32,2 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, cari ilin yanvar – iyul aylarında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 2,7 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 10,6 faiz artıb və 18,1 milyon manata yaxın təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
8
sitat.info

10Mənbələr