Fransa ciddi maliyyə və iqtisadi çöküşlə üz-üzədir. Bunu artıq baş nazir Fransua Bayru özünün "YouTube" kanalında yayımlanan vətəndaşlara videomüraciətində etiraf edib. O bildirib ki, ölkənin dövlət borcu hər saniyə 5 min avro artır. Onun sözlərinə görə, ölkənin dövlət borcu artıq 3.4 trilyon avroya çatıb.
Baş nazir həddindən artıq yüksək borcları Fransa iqtisadiyyatı üçün əsas təhlükə adlandırıb və xərclərin azaldılmasına yönəlmiş təcili tədbirlərin görülməsinin vacibliyini açıqlayıb.
Mətləb Salahov