AZ

“OpenAI” $500 milyard qiymətləndirmə ilə səhmlərini satmaq üçün investorlarla danışıqlar aparır — “Bloomberg”

“OpenAI” 500 milyard dollar qiymətləndirmə ilə bəzi əməkdaşlarının səhmlərini satmaq üçün cari investorlarla danışıqlar aparır, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, cari investorlar, o cümlədən “Thrive Capital” fondu səhmləri almaq təklifi ilə şirkətə müraciət ediblər. Səhmlərin təkrar satışının həcmi “milyardlarla dollar” təşkil edə bilər.

2025-ci ilin aprelində investorlar 40 milyard dollarlıq maliyyələşdirmə raundunda şirkəti 300 milyard dollar dəyərində qiymətləndiriblər. Əgər işçilərin səhmlərinin satışı baş tutsa, “OpenAI”nin nominal dəyəri təxminən 66% artacaq.

Agentliyin həmsöhbətlərindən biri izah edib ki, “OpenAI” rəhbərliyi işçiləri mükafatlandırmaq və onlara şirkətin böyüməsini göstərmək üçün investorların marağından istifadə etmək istəyir. Xatırladaq ki, son aylarda “ChatGPT”nin tərtibatçısı “çox milyon dollarlıq əməkhaqqı” təklif edən “Meta”ya görə bir neçə tədqiqatçısını itirib.

Seçilən
11
banker.az

1Mənbələr