AZ

“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin təcrübəsini dahada zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidiniartırmaq məqsədilə yeni “Air Tastes” xidmətini təqdim edib. Buonlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəlfərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edəbiləcəklər.

Yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və yaşam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıqyeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yeralır.

Bu xidmətdən yararlanan sərnişinlərə standart menyu təqdimolunmur – əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmişmenyu ilə qarşılanır. Qeyd edək ki, “Air Tastes” ödənişli xidmətdirvə sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdimolunur.

“Air Tastes” xidməti yalnız onlayn qaydada – AZAL-ın rəsmiwww.azal.az veb-saytı və ya mobiltətbiqi üzərindən, “Rezervasiyanın idarə olunması” bölməsindəuçuşdan 24 saat əvvəl sifariş edilə bilər.

Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsiolaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasınayönəlib.

Xidmət haqqında daha ətraflı məlumatı linkdəki videodan əldəetmək olar: https://www.youtube.com/shorts/nd6ZqJgGauk

“Air Tastes” xidməti ilə səyahətiniz daha komfortlu və dadlıtəcrübə ilə yadda qalacaq!

Seçilən
23
26
az.trend.az

10Mənbələr