AZ

Vüsal Aslanov onu “Bakımetrolayihə”nin rəisi təyin etdi

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub.

Bildirilib ki, 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur, daha əvvəl neft sektorunda müxtəlif vəzifələrdə çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
20
qafqazinfo.az

10Mənbələr