AZ

Dövlət satınalmalarında islahatlar üzrə icra mexanizmləri müəyyənləşdi

BAKI, 6 avqust. TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2025-ci il üzrə Yol Xəritəsinə uyğun olaraq görüş keçirilib.

Qurumdan Teleqraf-a verilən məlumata görə, görüşdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru üzrə nəzərdə tutulan tədbirlərin, xüsusilə dövlət satınalmalarının rəqəmsallaşdırılması və optimallaşdırılması sahəsində görüləcək işlərin müzakirəsi məqsədilə təşkil olunub.

Görüşdə iştirakçılar qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərlə bağlı təkliflərini səsləndiriblər, prioritet istiqamətləri müəyyənləşdiriblər və konkret icra mexanizmlərinin hazırlanması barədə razılıq əldə ediblər.

Eyni zamandadövlət satınalmalarında sahibkarlıq subyektlərinin iştirakının artırılması, mövcud güzəşt mexanizmlərinin tətbiqi, gender bərabərliyi və qadın sahibkarların iştirakının təşviqi, elektron satınalma portalının funksionallığının genişləndirilməsi, eləcə də standart tender sənədlərinə dayanıqlılıqla bağlı şərtlərin əlavə olunması məsələləri müzakirə edilib.

Seçilən
5
teleqraf.com

1Mənbələr