AZ

Azərbaycan və İran ortaq infrastruktur layihələrinin icrasını sürətləndirəcək - GÖRÜŞ

İranın yol və şəhərsalma naziri Mehrdad Bədrəpəş və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev rəsmi görüş çərçivəsində birgə sərhəd layihələrini müzakirə ediblər.

Marja.az xəbər verir ki, görüş zamanı tərəflər xüsusilə Astara sərhəd terminalı, Astara–Astara avtomobil körpüsü və dəmir yolu platforması kimi ortaq sərhəd infrastruktur layihələrinin sürətli icrasının vacibliyini vurğulayıblar.

Layihələrin yerində araşdırılması və təfsilatlı müzakirə

Görüşün sonunda razılaşdırılıb ki, Şahin Mustafayev yaxın günlərdə İranın Astara şəhərinə rəsmi səfər edəcək, burada iqtisadi əməkdaşlığın mövcud və planlaşdırılan aspektləri yenidən gözdən keçiriləcək, layihələrin icra vəziyyəti qiymətləndiriləcək və sahədə potensial maneələrin həlli yolları müzakirə olunacaq.

Eyni zamanda, hər iki tərəf Astara çayı üzərində yeni avtomobil körpüsünün inşasının, köhnə metal körpünün təmiri, dəmir yolu terminalı və sərhəd keçid məntəqəsinin sürətlə başa çatdırılması üzərində razılığa gəlib.

Bu infrastruktur layihələri Şimal–Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir.

Seçilən
33
marja.az

1Mənbələr