AZ

"Əgər ciddi araşdırılsa, “bloger” adı altında..." - "Saxta milyonlarla izləyici və baxışlarla sahibkarları aldadırlar"

Prodüser Tarix Əliyev (Tolik) blogerləri qanunsuz fəaliyyətdə ittiham edib.

Mia.az xəbər verir ki, o, blogerlər haqqında deyib:

Bugünkü gündə diqqət etsəniz, bir çox blogerin aktuallığı itib. Artıq izləyicilər də ayılmağa başlayıb. Amma dövlət də bu məsələyə nəzarət etməlidir. Bu şəxslərin fəaliyyəti nədir? Qazandıqları pullar haradandır? Dövlətə vergi ödəyirlərmi? Niyə müğənnilərin reklam qiymətləri şəffaf olmalıdır, amma blogerlərinki yox? Bəzi siqaret, içki, avtomobil və digər şirkətlərin bu şəxsləri reklam üzü kimi təqdim etməsi də narahatlıq doğurur. Saxta milyonlarla izləyici və baxışlarla həm cəmiyyəti, həm də sahibkarları aldadırlar.

Bəli, biz blogerlərin içində dəyərli olanları da tanıyırıq. Amma sual budur: bu sahədə şəffaflıq nə vaxt olacaq? Bu insanlar da qanun qarşısında məsuliyyət daşımalıdır. Heç kim toxunulmaz deyil”.

Seçilən
29
2
mia.az

3Mənbələr