AZ

POS-terminallarla ödənişlər yeni rekord vurub

Azərbaycanda pərakəndə ticarət dövriyyəsində POS-terminallar vasitəsi ilə ödənişlərin həcmi 2025-ci ilin ilk yarısında 2 milyard 870.3 milyon manata çatıb.

Bu da illik müqayisədə 559.8 mln. manat və ya 24 faiz artım deməkdir.

Keçən ilin müvafiq dövründə ölkədəki pərakəndə ticarətdə POS-terminallarla ödənişlərin həcmi 1 mlrd. 819.9 mln. manat olmuşdu.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə ilk yarımildə pərakəndə ticarət dövriyyəsi 6 milyard 879.6 milyon manat olmaqla öncəki ili illik müqayisədə 836.5 milyon manat və ya 14 faiz üstələyir.

Beləliklə, pərakəndə ticarət dövriyyəsində POS terminallarla ödənişlər daha yüksək dinamika ilə yüksəlir. POS terminalların pərakəndə ticarətdəki ümumi ödənişıərdəki payı son bir ildə 30 faizdən 33 faizə qalxıb.

 

Seçilən
2
banker.az

1Mənbələr