Azərbaycanın UEFA reytinqində xallarının sayı artıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü mərhələsində Şimali Mak edoniyanın “Şkediya” klubuna qalib gəlməsi olub. Bu qələbə Azərbaycanın aktivinə 0,250 xal yazılıb.
Hazırda ölkəmizin 19.000 xalı var və 28-ci yerdədir. Ukrayna bir mövqe irəlidədir (19,225), Rusiya isə (18,299) geridədir.
Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.