Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ulduz hücumçu Darvin Nunyesin transferi üçün "Liverpul"la razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, “Əl-Hilal” hazırda təklifi qəbul etməyə yaxın olan futbolçunun özü ilə danışıqlar aparır.
Darvin Nunyes 2022-ci ildə “Liverpul”a keçib. Uruqvaylı forvard ötən mövsüm İngiltərə Premyer Liqasında 30 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib, Çempionlar Liqasında isə PSJ ilə 1/8 finalın cavab oyununda penaltilər seriyasında qeyri-dəqiq zərbə ilə yadda qalıb.
Mirağa