AZ

Türkiyədə Bələdiyyə Məclisinin üzvü Burak Korkmaz saxlanıldı

Beykoz Bələdiyyəsi və İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisinin üzvü Burak Korkmaz hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlumata görə, onun barəsində daha əvvəl Beykoz Respublika Prokurorluğu tərəfindən istintaqa başlanılmışdı.

News365.az-ın məlumatına görə, saxlanılma qərarına səbəb kimi Korkmazın 7 aprel tarixində bələdiyyə məclisində etdiyi çıxış göstərilir. Həmin çıxışda Korkmaz bəzi əməkdaşları məlumat sızdırmaqda ittiham edərək, onlara qarşı tədbir görüləcəyini bildirmişdi.

Korkmazın müzakirələrə səbəb olan açıqlaması belə olub:

“Biz burada, təbii ki, özümüzü də tənqid edəcəyik. Bəli, idarələr və əməkdaşlar səviyyəsində problemlərimiz var. Mən buradan idarə müdirlərini və məmur yoldaşlarımızı xəbərdar etmək istəyirəm – özlərinə gəlsinlər, sağa-sola məlumat ötürməyi dayandırsınlar. Bu məlumatları sızdıran dostlarınızın hamısı bizdə qeydə alınıb. Zamanı gəldikdə lazım olanı edəcəyik. Günahsız, zəhmətlə çalışan əməkdaşlar burada işləməyə davam etsinlər – onlara sözüm yoxdur. Amma əvvəlki rəhbərlikdən qalan və məlumat ötürənlər haqqında tədbir görməkdə sərbəstik.”

Burak Korkmazın saxlanılması ilə bağlı araşdırmalar davam edir. Rəsmi qurumlardan əlavə məlumat veriləcəyi gözlənilir.
News365.az

Seçilən
2
news365.az

1Mənbələr