Gürcüstan millisinin üzvü Sabah Qoqliçidze İtaliyada klubunu dəyişib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi “Empoli”dən “Udineze”yə keçib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Saba ilə 5 illik müqavilə imzalanıb.
“Udineze” 21 yaşlı müdafiəçi üçün 4 milyon avro ödəyib.