Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Doğmalarım bir-bir bizi tərk etdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, mərhum Xanım Qafarovanın qızı Gövhər Qafarova xalasının ölümündən danışarkən deyib. Gövhər Qafarova bildirib ki, anasından sonra onu nənəsi böyüdüb:
"Bir neçə ay olar ki, nənəmi də itirmişəm. Nənəmin ili çıxmamış xalam bizi tərk etdi. Xalam mənə həm də ana olmuşdu. Xalamın iki uşağı var, bir də mən… Üçümüz bir yerdə böyümüşük. İndi də bir yerdəyik. Mənim öz evim var, amma orada tək qala bilmirəm. O vaxtdan xalamgildə qalıram”.
Qeyd edək ki, Əməkdar artist, mərhum Xanım Qafarovanın bacısı Rübabə Qafarova avqustun 5-də dünyasını dəyişib.
Bahar Rüstəmli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.