ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp aktrisa Sidni Sviniyə Respublikaçı olduğu üçün tərif yağdırarkən, Demokratları dəstəkləyən məşhur müğənni Teylor Sviftə sərt ifadələrlə hücum edib.
Qaynarinfo xəbər verir ki, prezident "Truth Social" sosial media platformasında paylaşdığı yazıda Svininin yer aldığı mübahisəli "American Eagle" reklam kampaniyasını hazırda ən qalmaqallı reklam adlandırıb. Eyni paylaşımda o, Svifti "woke müğənni" (cəmiyyətin aktual problemlərinə həssas) olaraq təsvir edib.
Tramp paylaşımında Svifti artıq cazibədar hesab etmədiyini bildirib və "Onu sevmirəm, hətta ona nifrət edirəm!" sözlərini işlədib.
Qeyd edək ki, Sviftin 2024-cü il prezident seçkilərində Demokratların namizədi Kamala Harrisə dəstək verməsindən sonra Tramp və müğənni arasında dəfələrlə gərginlik yaşanıb.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.