AZ

Qərənfil

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən əra aşuftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəjmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,

Gedər bu teləti-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənar et!

Unutma aşiqi, haşa qərənfil!

Oldum

Mir Möhsün Nəvvaba yazdığı qoşma-məktub

Əya Nəvvab, valayi-süxəndan,

Yetişdi naməniz dilşad oldum.

Qəmü dərdim firavan idi, amma

Behəmdüllah genun azad oldu.

Sərasər şeiriniz öz ruyi-hikmət,

Qamu məzmunları mehrü məhəbbət,

Möhübbə rəhmətü ədvanə zillət,

Bu şirin ləhcəyə mötad oldum.

Sizə lütfi-xuda olsun müraqib,

Əta qılsun dəxi əla məratib.

Yetə bədxahə gər, əşhabi-saqib,

Xərab olsam da gər, abad oldum.

Qəmi-əyyamidən çox natəvanəm,

Əliləm, naxoşam, afsordə canəm,

Bu tətildən özüm də bədgümanəm.

Məgər kuhi-qəmə Fərhad oldum.

Unutma sən duadan Natəvanı,

Əlilü naxoşu əfsordə canı,

Cənabında səva yoxdur gümanı,

Əgər yaddan çıxam bərbad oldum

Varımdı sinədə dərdü

qəmi-nəhan, ölürəm

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbahə kimi,

Xəyali-zülfünə bağlı gedibdir can, ölürəm.

Bahari-hüsnün əra gör necə xəzanəm mən,

Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

Vərəq-vərəq dilü can hicrin içrə odlaşdı,

Misali-kəncəfə sədparə oldu can, ölürəm.

O xaki-payini mən aşiyanə etmiş idim,

Vətəndən ayrı düşüb indi laməkan, ölürəm.

Dedin ki, çək əlini damənimdən, əl çəkdim,

Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm.

Çəkirdim həsrətini, görmədim, xudahafiz!

Olubdur indi işim naləvü fəğan, ölürəm.

Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,

Qədər büküb belimi, eyləyib kəman, ölürəm.

Fəraqdan tükənib tabu taqətim, billah,

Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.

Zəmanə saldı əcəb möhnəti məlalə məni

Zəmanə saldı əcəb möhnəti məlalə məni,

O mahrudən iraq verdi qəm zəvalə məni.

Tükəndi tabu təvan, ey xudayi-ləmyəzəli!

Ya tez bu canımı al, ya yetir vüsalə məni!

Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə!

Gəl indi gör ki, fəraqın salıb nə halə məni!

Nə vaxtadək qəmi-hicrində ahu zar çəkim?

Tərəhhüm eylə, gətir sən də bir xayalə məni!

Kəsildi səbri qərarım, fəraqə tabım yox,

Rəvadı təngə gətirsin bu ahu nalə məni?

Alıbdı əqlimi sərdən, qərarımı dildən,

Edib bəlayə fələk, gör necə həvalə məni.

Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?!

Fəraq oduna yaxıb salmısan bu halə məni.

Nə yaxşı günlər idi kim, səninlə munis idim,

Zəmanə indi edib sinə dağlı lalə məni.

Vüsalə yetməyibən zaru Natəvan qaldım,

Edib fələk yenə həsrət o məhcəmalə məni.

Seçilən
10
yeniazerbaycan.com

1Mənbələr