AZ

Kərimovun müsadirə edilmiş yaxtası ABŞ da hərraca çıxarılır

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə sanksiyalara məruz qalan rusiyalı oliqarx Süleyman Kərimovun dəbdəbəli yaxtası ABŞ-da hərraca çıxarılır.Reyting.az xəbər verir ki, bu barədə barədə AFP məlumat yayıb.Bildirilir ki, rusiyalı oliqarx Kərimovun 2022-ci ildə sanksiyalara görə müsadirə edilən və hazırda Kaliforniyada yerləşən 106 metrlik “Amadea” yaxtası ABŞ-da hərraca çıxarılacaq.Hərrac Florida ştatından olan şirkət tərəfindən keçiriləcək. Təkliflər sentyabrın 10-dək qəbul ediləcək.Hərrac yaxtanın Kərimova deyil, ona məxsus olduğunu sübut etməyə çalışan “Rosneft”-in keçmiş baş direktoru Eduard Xudainatovun gəmiyə sahiblik iddiasını rədd edən hakimin mart qərarı nəticəsində mümkün olub.Yaxtada helikopter meydançası, üzgüçülük hovuzu, cakuzi və 16 nəfərlik kabinələr var. Yaxtanın təxmini dəyəri 300 milyon ABŞ dollarıdır.R. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
1
reyting.az

2Mənbələr