Bu gün İranda biri İŞİD üzvü, digəri isə “Mossad”-a işləməkdə ittiham olunan iki nəfər edam edilib.
Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Bildirilib ki, Mehdi Əsgərzadə və Ruzbeh Vadi adlı şəxslər barəsində İran Ali Məhkəməsinin qüvvədə saxladığı edam hökmləri bu gün səhər icra olunub.
İŞİD üzvü olduğu iddia edilən Əsgərzadə Suriya və İraqda hərbi və ideoloji təlim keçməkdə, Suriyadakı münaqişələrdə iştirak etməkdə və İranda hücuma hazırlaşmaqda ittiham edilib.