Hindistanın Dharali rayonu, dünən baş verən güclü leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri ilə əlaqədar böyük fəlakət yaşayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib və 100-ə yaxın insan itkin düşüb.
Fəlakətin səbəb olduğu geniş miqyaslı dağıntılar və torpaq sürüşmələri nəticəsində axtarış-xilasetmə işləri davam edir. Səlahiyyətlilər, bu fəlakətin "ciddi" səviyyədə olduğunu və itkin düşənlərin hələ də tapılmadığını bildiriblər.
Axtarış-xilasetmə əməliyyatları çərçivəsində bölgəyə göndərilən 11 hərbçinin də itkin düşdüyü açıqlanıb, onlardan ikisi isə sonradan xilas edilib. Daşqınlar nəticəsində evlər və yaşayış yerləri dağılıb, ərazinin bir çox hissəsində təhsil dayandırılıb.