Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev yaxın zamanda birgə layihələrin həyata keçirilməsinin cari vəziyyətini yerində tədqiq etmək və qiymətləndirmək üçün İranın Astara şəhərinə səfər edəcək. Bu barədə məlumatı “News.mrud.ir” yayıb. Bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev ötən gün İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə görüşündə bu barədə razılaşdırılıb. Tərəflər İranın Astara şəhərində birgə sərhəd layihələrinin müzakirəsi barədə razılıq əldə ediblər.
Görüş zamanı Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının rəhbərləri həmçinin iki ölkə arasında iqtisadi və inzibati əməkdaşlığın inkişafı, xüsusilə sərhəd layihələri sahəsində məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar. Eyni zamanda tərəflər "Astara" sərhəd terminalının və sərhəd körpülərinin tikintisi də daxil olmaqla birgə sərhəd layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Mətləb