AZ

Trampın "axmaq" adlandırdığı şəxsin yerinə 4 namizəd var

ABŞ prezidenti Donald Tramp ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyatlar Sisteminin (FRS) sədri postuna dörd namizədinin olduğunu açıqlayıb.

Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı həmçinin bildirib ki, avqustun 8-də təqaüdə çıxacaq FED Rəhbərlər Şurasının üzvü Adrian Kuqlerin əvəzlənməsi ilə bağlı bu həftənin sonuna qədər qərar qəbul etməyi planlaşdırır. Trampın sözlərinə görə, onun yerinə bir neçə namizəd var və onlardan biri “ya daimi, ya da dörd aylıq müddətə” seçiləcək.

Bundan əlavə, avqustun 5-də o, xəzinədarlıq katibi Skott Bessentin FED-in rəhbəri olmayacağını bildirib.

Qeyd edək ki, Tramp FED sədri Cerom Paueli son aylarda faizləri endirə bilmədiyi üçün tənqid etməyə başlayıb. FED iyulun 30-da uçot dərəcəsini 4,25-4,5 faiz səviyyəsində saxladıqdan sonra ABŞ prezidenti məmuru "böyük uduzan, pis və axmaq" adlandırıb, onun vəzifədən çıxarılmasını istəyib.

Seçilən
26
publika.az

1Mənbələr