"Milan" uzun müddətdir heyətinə cəlb etmək istədiyi Ardon Yaşari transferində xoşbəxt sona yaxındır.

Offsideplus.az xəbər verir ki, "rossoneri" bu keçid üçün "Brügge"yə bonuslarla birlikdə 39 milyon avro ödəyəcək.

Bu barədə xarici KİV məlumat yayıb.

Yaşari də iyundan bəri yalnız "Milan"a keçmək istəyirdi.

İtaliya nəhəngi 23 yaşlı futbolçu ilə birlikdə bu yay 3-cü yarımmüdafiəçisini almış olacaq. Onlar daha öncə Luka Modriç və Samuele Riççini də transfer etmişdi.

İsveçrəli yarımmüdafiəçi ötən mövsüm "Brügge"nin heyətində 52 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.