Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Hər gün zəhərlənirik?
Qabyuyan maşınlar gündəlik həyatı asanlaşdırır, vaxta qənaət edir və gigiyenik təmizlik təmin edir. Lakin bu rahatlıq bəzi hallarda sağlamlığımıza və istifadə etdiyimiz əşyalara zərər verə bilər. Yüksək temperatur, güclü su təzyiqi və yuyucu vasitələrin kimyəvi tərkibi bəzi mətbəx ləvazimatlarına qalıcı ziyan vurur. Bu isə həm qabyuyan maşının fəaliyyətinə, həm də dolayısı ilə sağlamlığınıza mənfi təsir göstərə bilər.
Qeyd edək ki, araşdırmalara görə, bəzi mətbəx əşyalarını qabyuyan maşında yumaq olmaz. Bu həm onların keyfiyyətinə, həm də sağlamlığa zərər verə bilər.
Məsələn, çuqun qabların səthində yapışmamanı təmin edən qoruyucu yağ təbəqəsi olur. Qabyuyan maşında bu təbəqə yuyulub gedir, nəticədə səth paslanır, tava yapışdırmağa başlayır və keyfiyyətini itirir.
Taxta qablar və lövhələr suya və isti temperatur dəyişikliyinə qarşı dayanıqlı deyil. Qabyuyan maşında şişə, çatlaya və formasını itirə bilər. Yağlarını itirdikcə quruyur və mikroblar üçün əlverişli mühit yaranır.
Teflon və keramika örtüklü tavalar zamanla aşınır. Bu örtüklər cızıldıqda, yapışmayan xüsusiyyətini itirir və səthdən qopa biləcək hissəciklər qidaya qarışa bilər.
Alüminium qablar da maşında qarala və oksidləşə bilər. Bu, qabın solğunlaşmasına və ləkələnməsinə səbəb olur, estetik görünüşü pozulur.
Bıçaqlar maşında kütləşə və paslana bilər. Həmçinin, sərt su axını və maşının içindəki hərəkət bıçaqların həm özünə, həm də maşının iç hissəsinə zərər verə bilər.
Mis qablar, qəhvə cezvələri və qızıl naxışlı fincanlar parlaqlığını və görüntüsünü itirə bilər.
Sürtgəclər, süzgəclər və ələklərin çoxlu deşikləri olur və maşın onları tam təmizləyə bilmir. Qida qalıqları qala bilər, bu isə bakteriya, pis qoxu və pas yarada bilər. Bu səbəbdən, bu cür əşyaları əl ilə yumamaq daha məqsədəuyğundur.
RTU MIREA universitetinin biotexnologiya üzrə mütəxəssisi Mariya Zolotareva xəbərdarlıq edib ki, təmiz qablar təqdim edən qabyuyan maşınlar, əslində, sağlamlıq üçün təhlükə mənbəyi ola bilər. Ekspertin sözlərinə görə, bu məişət cihazlarının içərisindəki isti və rütubətli mühit bakteriyaların çoxalması üçün ideal şərait yaradır: “Qabyuyan maşınların iş rejimində yaranan 40-60°C istilik patogen bakteriyaları tamamilə məhv etmək üçün kifayət deyil. Məhz bu səbəbdən Pseudomonas aeruginosa, E.coli və digər zərərli mikroorqanizmlər burada bioplyonka əmələ gətirərək yaşayırlar. Bu bakteriyalar, düzgün təmizlənməmiş səthlərdən qabların üzərinə keçə bilər. Qabyuyan maşının yaratdığı təhlükələr arasında mədə-bağırsaq pozğunluqları, dəri allergiyaları, tənəffüs problemləri geniş yayılıb. Biotexnoloqun tövsiyəsinə görə, qabyuyan maşın ayda bir dəfə maksimum temperaturda xüsusi dezinfeksiyaedici vasitələrlə yuyulmalıdır: “Təmizliyə xidmət edən bu cihazlar, düzgün istifadə edilməzsə, əks təsir göstərə bilər. Qabyuyan maşının təmiz görünməsi onun təhlükəsiz olduğunu göstərmir. İstifadəçilər gigiyena qaydalarına mütləq əməl etməlidirlər. Hər istifadədən sonra qapını açıq saxlayaraq içini qurudun. Rezin contalar və filtrləri mütəmadi təmizləyin. Bakterisid və funqisid təsiri olan keyfiyyətli yuyucu vasitələr seçin”.
Həkim-terapevt Şəmsiyyə Namazova da Sherg.az-a açıqlamasında deyib ki, məişətdə qabyuyan maşınlardan istifadə geniş yayılsa da, bu texnika ilə bağlı bəzi gigiyenik və sağlamlıq riskləri nəzərə alınmalıdır: