"Real" klubu növbəti yay transfer pəncərəsi üçün azad agent kimi əldə edə biləcəyi dörd futbolçunun adını müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "kral klubu"nun maraq dairəsində olan əsas namizədlərdən biri "Bayern"in mərkəz müdafiəçisi Deyo Upamekanodur. Futbolçunun müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.
İspaniya nəhəngi həmçinin "Arsenal"ın cinah müdafiəçisi Yurriyen Timberlə də maraqlanır. Bundan başqa, "Real"ın "radar"ında olan digər "topçu" İtan Nvaneridir. Qeyd olunur ki, 18 yaşlı vinger London klubuyla müqaviləsini uzatmaq niyyətində deyil.