AZ

Pedofillərin qurbanları: Onları necə qoruyaq?

ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəmiyyətin təhlükəsizliyi və uşaqların qorunması hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Son dövrlərdə pedofiliya halları ilə bağlı məlumatların artması valideynlər və mütəxəssislər arasında ciddi narahatlıq doğurur.

Pedofil davranışlarının erkən mərhələdə müəyyənləşdirilməsi və vaxtında qarşısının alınması uşaqların psixoloji və fiziki sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Pedofiliya meyllərini erkən mərhələdə necə müəyyənləşdirmək olar?

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülşən Rüstəmova bunun əsas səbəblərindən birinin görməzdən gəlmək meyilimizdən irəli gəldiyini deyib.

“Cəmiyyət olaraq uzun illər bir çox məsələyə göz yummuşuq. Elə bil ki, diqqət yetirməsək, həmin problemlər öz-özünə həll olunacaq və ya yoxa çıxacaq. Ta ki, ailə üzvlərimizdən birinin başına belə qeyri-etik bir hadisə gələnədək. Bu hallar illərdir mövcuddur, sadəcə ictimailəşdirilmirdi və müzakirə olunmurdu, gündəmin bir hissəsi deyildi”,- o bildirib.

Psixoloq cəmiyyətdə gizlədilən ən mühüm mövzulardan birinin cinsi tərbiyə olduğunu qeyd edib: 

“Cinsi tərbiyə sözünü eşidən valideynlər çox vaxt bu barədə danışmaqdan çəkinir, qulaqlarını tıxayır, başlarını yana çevirirlər və hətta mütəxəssisə müraciət etməkdən belə qaçırlar. Bildirirlər ki, biz necə böyümüşüksə, övladlarımız da eyni qaydada formalaşacaq. Zaman keçdikcə onlar da həmin davranış və düşüncələri mənimsəyəcəklər. Bu səbəbdən uşaqlarımızın şəxsi sərhədləri, bədən toxunulmazlığı və zorakılığa qarşı müdafiə reaksiyaları barədə bilgiləri çox zəifdir. Məlumatsızlıq isə qeyri-sağlam niyyətləri olan şəxslərin rahatlıqla fəaliyyət göstərməsinə şərait yaradır”.

G.Rüstəmova əlavə edib ki, ümumiyyətlə, kimisə “pedofil”, kimisə isə “xəstə”, “oğru” adlandıraraq uşaqlarımızı yalnız belə damğalarla qorumağa çalışmaq doğru yanaşma deyil:

“Biz müxtəlif insanların yaşadığı bir cəmiyyətdə yaşayırıq. Burada psixoloji sağlamlığı yerində olmayan, əqli pozuntuları olan və ya təhlükəli meyillərə sahib şəxsləri əvvəlcədən tanımaq mümkün deyil. Ona görə də övladlarımızı düzgün tərbiyə etməli, onların psixoloji dayanıqlığını gücləndirməli və cinsi maarifləndirməyə xüsusi önəm verməliyik. Çünki hər bir uşaq öz cinsinə aid xüsusiyyətləri bilməlidir”.

Fidan Hacızadə

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
sfera.az

2Mənbələr