AZ

Masazırda 9 yaşlı uşaq zorakılığa məruz qalıb?

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan uşağın zorakılığa məruz qalması ilə bağlı sosial mediada yayılan xəbərə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma aparılıb, təxirəsalınmaz tədbirlər görülüb.

Publika.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli deyib.

O bildirib ki, aparılan araşdırma nəticəsində uşağa qarşı törədilən zorakılıq əməlinə dair məlumat öz təsdiqini tapmayıb.

"Belə ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən 2016-cı il təvəllüdlü (9 yaş) olduğu müəyyən edilən qızın üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Seçilən
42
1
publika.az

4Mənbələr