AZ

İndoneziyada Semeru vulkanı iki dəfə püskürdü

Ajans.az Antara News-a istinadən xəbər verir ki,ilk püskürmə yerli vaxtla saat 05:24-də baş verib. Vulkanik kül təxminən 600 metr yüksəklikdə havaya qalxaraq şimal-şərq istiqamətində yayılıb. İkinci püskürmə isə yerli vaxtla saat 10:08-də baş verib və bu dəfə də vulkanik kül buludu eyni hündürlüyə – 600 metrə çatıb. Qeyd edək ki, İndoneziya “Sakit Okean Atəş Halqası” adlanan zəlzələ və vulkanik fəallıq zonasının üzərində yerləşir. Ölkə ərazisində təxminən 130 aktiv vulkan mövcuddur.

 

Seçilən
11
Ajans.az

1Mənbələr