AZ

Avqustun 8-dən sonra nə olacaq? – Nüvə müharibəsi qapıdadır...

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Kiyevə silsilə silah tədarükü vəd edib. Niderlandın Kiyev üçün ABŞ-dən aldığı silahlar tezliklə Ukraynaya çatacaq. Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib. O əlavə edib ki, növbəti həftələrdə daha çox Avropa ölkəsi Kiyev üçün ABŞ ehtiyatlarından texnika alacağını elan edəcək. Daha əvvəl müdafiə naziri Ruben Brekelmans bildirmişdi ki, Niderland Ukraynaya ABŞ-dən silah tədarük edəcək və Amerika texnikasının alınması üçün 500 milyon avro (578 milyon dollar) ayıracaq ilk NATO ölkəsi olacaq. ABŞ Rusiyaya qarşı hansı planı işə salır? Avqustun 8-i nə baş verəcək?
 
Bu barədə Moderator.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki,Tramp ikinci dəfə hakimiyyətə gələndə Rusiya ilə bağlı münasibəti inanılmaz dərəcədə loyal idi. Hətta bunun fonunda çox ciddi narazılıqlar meydana çıxmışdı:
“Trampın Rusiya agenti olması, yaxud da cavanlıq vaxtlarında rusiyalı həmkarı Vladimir Putinin xüsusi kəşfiyyat orqanlarının birlikdə işləməsinə dair iddialar yayılmışdı. Təbii ki, bunlar əsassız idi. Trampın da məqsədi nə idi? Məqsədi Rusiyanı müəyyən kompromislərə məcbur eləmək idi. Yəni razı salmaq. Ancaq əksinə, proses əks effekt verdi və Avropa ABŞ-dan üz döndərdi, “Kollektiv Qərb” anlayışı dağıldı.
ABŞ-ın Rusiya ilə münasibəti 180 dərəcə dəyişib. ABŞ Rusiyaya qarşı sərt xətt seçib və konkret tarix müəyyən edib. Belə ki, Rusiyaya bildirilib ki, avqustun 8-nə qədər danışıqlar masasına əyləşməlidir. Bu tarix son tarixdir. Əks halda, ABŞ tərəfindən ciddi tədbirlər görüləcək. Hazırda ABŞ Rusiyanı ard-arda hədələyir və bu hədələr yalnız sanksiyalarla məhdudlaşmır".
 
Siyasi şərhçi əlavə edib ki, nüvə sualtı qayıqlarının Rusiya yaxınlığında yerləşdirilməsi və yaxud da Trampın “biz nüvə müharibəsinə hazırıq” bəyanatı artıq açıq-aşkar Rusiyaya meydan oxumaqdır:
“Tramp bildirib ki, avqustun səkkizinə kimi Rusiya danışıqlar masasına oturmasa, bunun bir cavabı olacaq: çox ciddi tədbirlər görəcək. Və çox güman ki, Ukraynaya ayrılan vəsait, göstərilən dəstək və s. – birbaşa olaraq Rusiyaya təzyiq vasitəsidir və həm də avqustun səkkizindən sonrakı mərhələyə hazırlıqdır.
Çünki ABŞ artıq başa düşür ki, avqustun səkkizinə kimi heç bir danışığa oturası deyil və oturmayacaq da. Ona görə də bundan sonra ABŞ Ukraynanı silahlandırmaqla yanaşı, Rusiyaya sanksiyalar tətbiq edəcək, onu zəiflətməyə çalışaca və qarşı radikal mövqe tutacaq.
Rusiya ABŞ-a əl uzadana qədər müharibə gərginləşən tendensiya ilə davam edəcək. ABŞ-da  Cozef Bayden hakimiyyətinin sonlarına yaxın gündəmə gələn, aktuallaşan və ehtimalı çox böyük olan nüvə müharibəsi riski yenidən aktuallaşacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilən
39
moderator.az

1Mənbələr