AZ

“Sea Breeze”ə yaxın yeni şirkət təsis edilib

Paytaxtın şimal-şərqindəki “Sea Breeze” layihəsinə yaxın daha bir şirkət təsis edilib.

Banker.az xəbər verir ki, bu “Sea Breeze Real Estate” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınan şirkət Bakı şəhəri Sabunçu rayonu, Nardaran-Ləhiş yolunda 100 manatla qeydiyyata alınıb.

Şirkətin direktoru isə Ena-Kameliya Məlikova Nasir qızıdır.

“Sea Breeze” 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb.

Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

Seçilən
10
banker.az

1Mənbələr