AZ

Yeni virus sürətlə yayılır: Yenə oradan gəlir

Çinin Quanqdonq əyalətində son həftələrdə ağcaqanadlar vasitəsilə ötürülən çikunqunya virusuna 7 mindən çox yoluxma qeydə alınıb.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, səlahiyyətlilər yoluxmuş şəxsləri xəstəxanalarda təcrid edir və testlər keçirir.

Eyni zamanda ağcaqanadların çoxluq təşkil etdiyi durğun su sahələri yoxlanır, park və küçələrə insektisidlər səpilir. Bioloji mübarizə tədbirləri çərçivəsində ağcaqanad yeyən balıqlar və “fil ağcaqanadları” da təbiətə buraxılıb.

Qeyd edək ki, çikunqunya virusunun simptomları adətən 4-8 gün ərzində özünü göstərir. Simptomlara yüksək hərarət, şiddətli oynaq, əzələ, baş ağrısı, ürəkbulanma və səpgi daxildir.

Seçilən
13
publika.az

1Mənbələr