AZ

Ölkənin mərkəzində QORXULU ANLAR: 30-dan çox meyit tapıldı

Meksikanın Quanaxuato ştatında tərk edilmiş evin həyətində 32 cəsədin olduğu kütləvi məzarlıq tapılıb.

Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat verilib.

Meksika Prokurorluğunun açıqlamasında bildirilib ki, 30 iyul-2 avqust tarixlərində aparılan axtarış işləri nəticəsində tapılan məzarlardan 15-i artıq identifikasiya edilib. Polis bu dəhşətli kütləvi məzarlığı ölkənin mərkəzində yerləşən Guanaxuato ştatının La-Kalera yaşayış məntəqəsində aşkarlayıb.

“Ərazidə aparılan istintaq tədbirləri nəticəsində 32 nəfərin meyiti aşkar edilib. Onlardan 15-nin şəxsiyyəti müəyyən olunub”, ‒ deyə ştat prokurorluğunun rəsmi açıqlamasında bildirilir.

Yerli “Guanajuato” telekanalının məlumatına görə, meyitlər parçalanmış və pis vəziyyətdə tapılıb. Bu səbəbdən təhqiqata şəxsiyyətin müəyyənləşdirilməsi üçün genetika, antropologiya və məhkəmə stomatologiyası sahəsində ixtisaslaşmış mütəxəssislər cəlb olunub.

Seçilən
22
referans.az

1Mənbələr