AZ

İspaniya ABŞ-nin F-35 qırıcılarını almaqdan imtina edib

Bakı. Trend:

İspaniya ABŞ istehsalı olan F-35 qırıcılarını almaqla bağlıplanlarından imtina edib.

Trend xəbər verirki, bu barədə “El Pais” hökumətdən olan mənbəyə istinadən məlumatyayıb.

Nəşrin yazdığına görə, İspaniya hökuməti hələ 2023-cü ildə yeniqırıcıların alınması üçün büdcədən 6,25 milyard avro ayırmışdı.

Lakin İspaniya hökuməti əlavə 10,5 milyard avro məbləğdəvəsaitin böyük hissəsini 2025-ci ildə Avropada müdafiəyəxərclədiyindən, yeni qırıcıların alınması artıq mümkünsüz olub.

F-35 Lightning II — ABŞ-nin Lockheed Martin korporasiyasıtərəfindən hazırlanmış, aşağı radiolokasiya görünürlüğünə malikçoxfunksiyalı beşinci nəsil qırıcıdır O, üç variantda istehsalolunur: F-35A, F-35B və F-35C.

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr