Kəlbəcər ərazisində təminat tapşırığını yerinə yetirən Azərbaycan Ordusuna məxsus hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə avqustun 5-i saat 19:05 radələrində baş verib. Partlayış nəticəsində dörd hərbi qulluqçu yaralanıb və yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Müdafiə Nazirliyinin məlumatına görə, onların həyatlarına təhlükə yoxdur.
Baş Porkurorluqdan bildirilib ki, Kəlbəcərdə hərbi qulluqçuların mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə cinayət işi başlanılıb.
Avqustun 5-də beş hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Hadisə Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış mina ilə bağlı baş verib.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Gülnar