"Beşiktaş" klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, "qara qartal" "Lester"dən Vilfrid Ndidini heyətinə cəlb edir. Onlar nigeriyalı yarımmüdafiəçi üçün "tülkülər"ə 9.5 milyon avro ödəyəcək.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Ndidi ilə 3+1 illik müqavilə imzalanacaq. O, illik 3.5-4 milyon avro arası bir məbləğ qazanacaq.

28 yaşlı futbolçu 2016-cı ildən "Lester"də çıxış edirdi.