Pentaqon rəhbərinin müavininin keçmiş köməkçisi Stiven Brayan hesab edir ki, Ukrayna münaqişəsinin “gürcü ssenarisi” üzrə bitmə ehtimalı daha yüksəkdir.
Publika.az xəbər verir ki, onun fikrincə, belə bir ssenari xarici qoşunların mövcudluğunu və maliyyə də daxil olmaqla təhlükəsizlik zəmanətlərinin verilməsini istisna edir. Eyni zamanda, ehtimal ki, dondurulmuş Rusiya aktivləri müsadirə olunmadan ölkənin bərpası üçün yardım paketi də ola bilər.
“Ukraynanın NATO və Avropa Birliyinə inteqrasiyası da istisna edilir. Bu da öz növbəsində bir gün ölkəni “Rusiyanın orbitinə qayıtmağa” aparacaq”, - o qeyd edib.
Məqalədə deyilir: “Gürcüstan variantının reallaşması üçün ərazi, sərhədlər, ticarət və əlaqəli məsələlər üzrə sərt razılaşmalar, eləcə də iki əsas tərəf arasında sanksiyaların ləğvi və etimadın möhkəmləndirilməsi üçün digər tədbirlərinin görülməsi lazımdır”.
Brian “gürcü ssenarisi”ndən əlavə, Ukraynadakı münaqişənin ən yaxşı variant olacağına inandığı “Cənubi Koreya” modeli, həmçinin “İsrail” və ya “Belarus modeli” ilə yekunlaşa biləcəyini təklif edib: “Cənubi Koreya ssenarisi” olacağı halda, Kiyev Rusiyaya verilmiş əraziləri geri almayacaq. Eyni zamanda, o, “Amerika təhlükəsizlik zəmanətləri ilə dəstəklənən” Avropa hərbi qüvvələrinin mövcudluğunu nəzərdə tutur. Bu halda Ukrayna öz ərazisinin 80 faizini saxlayacaq. Eyni zamanda bu halda, Rusiyanın dondurulmuş 300 milyard dollar məbləğində aktivləri ölkənin bərpası üçün istifadə olunacaq. Bu variant Rusiya üçün qəbuledilməz olardı, çünki o, Avropa qüvvələrini Ukraynada olması ilə barışmalı olacaq”.
Ekspert hesab edir ki, “İsrail variantı” Ukrayna ərazisində hərbçilərin olmasını da nəzərdə tutur: