ABŞ ölkənin hava hücumundan müdafiə və raket əleyhinə müdafiə potensialını 8 il ərzində 30 % artırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə “Defense News” portalı ABŞ ordusunun Quru qoşunlarının Kosmik və Raket Əleyhinə Müdafiə Komandanlığının rəhbəri general-leytenant Şon Qeyniyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu tədbirlər üç yeni “Patriot” zenit-raket kompleksi batalyonunun, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri (C-UAS) ilə təchiz edilmiş yeddi batareyanın və s. yerləşdirilməsini əhatə edəcək. Bu planlar Ukrayna və Yaxın Şərqdəki münaqişələrin təcrübəsi nəzərə alınaraq hazırlanıb.