AZ

Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur müğənnisi Selami Şahin xəstəxanalıq olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yay tətilini keçirdiyi İzmirin Çeşmə rayonunda müvazinətini itirərək yerə yıxılıb.

Sağ qolundan xəsarət alan 77 yaşlı sənətçi təcili olaraq xəstəxanaya çatdırılıb. Hazırda onun səhhətinin yaxşı olduğu bildirilib.

Bizim.Media

Seçilən
122
bizim.media

1Mənbələr