AZ

Azərbaycan Karate-Do Federasiyasının prezidenti vəfat edib

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Qaynarinfo" qurum rəhbərinin hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişdiyini aydınlaşdırıb. Məmmədov iyul ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyul ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl isə Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib. 

Qeyd edək ki, dünya və Avropa çempionu olmuş Məmmədov 2023-cü ildən Karate-Do Federasiyasına rəhbərlik edirdi.

Seçilən
54
fanat.az

1Mənbələr