AZ

Elektrik naqillərin istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 5 578,8 ton elektrik naqillər istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 13,2 faiz və ya 651,2 ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 32,6 faiz və ya 290,7 ton artım müşahidə olunub. İyun ayında 1 182,2 ton elektrik naqillər istehsal edilib.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 604,4 ton təşkil edib.

Seçilən
20
vergiler.az

1Mənbələr